Ekspert: Peşə hazırlığına cəlb olunmuş şəxslər peşə təhsili ilə qarışdırılmamalıdır

Peşə hazırlığına cəlb olunan şəxslərə verilən təqaüdün məbləği 2 dəfə azaldılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi minimum aylıq əməkhaqqının 50 faizi məbləğində təqaüd veriləcək.
Hazırda peşə hazırlığına cəlb olunmuş şəxslərə həmin dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd verilir.
Qeyd edilib ki, ölkə üzrə minimum aylıq əməkhaqqının hər il artırılması qeyd olunan təqaüd məbləğinin də artmasına gətirib çıxarır. Bu isə sui-istifadə halları yaradaraq, işlə təmin edilmə imkanları olan şəxslərin ehtiyac olmadığı halda peşə hazırlığına üstünlük vermələri ilə nəticələnməklə, peşə hazırlığına həqiqətən ehtiyacı olan şəxslərin bu imkandan istifadə etmələrinə əngəl yaradır.

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri "Sherg.az"a bildirib ki,  bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında məşğulluq haqqında qanunda dəyişikliklər ilə bağlı müzakirələr aparılıb:

“Müzakirələr mətbuat nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb. Əsas məsələ peşə hazırlığına cəlb olunanların təqaüdlərinin 50%-nin alınması ilə bağlıdır. Məşğulluq haqqında qanuna dəyişikliyə əsasən Azərbaycanda peşə hazırlığına cəlb olunmuş şəxslərə verilən təqaüd məbləği minimum əməkhaqqının 50%-i dəyərində müəyyən edilir. Söhbət müzakirə edilən qanun maddəsində deyil. Onun mətbuat və publika tərəfindən anlaşılmasında iki qeyrimüəyyənlik var. Birincisi, hazırda müzakirə olunan məsələni . Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin bazasında olan peşə təhsili üzrə peşə hazırlığına cəlb olunmuş şəxslərlə bağlı məsələni, peşə təhsili ilə qarışdırmaqdırə dövlət agentliyinin kurasiyasındakı, peşə mərkəzləri, liseyləri və məktəbləri ilə bağlı deyil. Bu nisbətən ayrı proqramdır. Əsasən işsizlərə əmək bazarına adaptasiya olmaları üçün dövlət tərəfindən yerinə yetirilən proqramdır. Təqaüd xərclərinin optimallaşdırılması yanlış anlaşılıb. Ancaq düşünürəm ki, layihənin mənfidən çox müsbət çalarları var. Məşğulluq haqqında qanuna dəyişikliyin müzakirəsi zamanı deyilən məsələ yalnız təqaüd proqramı deyil, bir növ gələcək əmək haqqına adaptasiya olunma proqramı kimi baxılsın. Qanuna dəyişikliyə əsasən hər il əlavə 10 min şəxs peşə hazırlığına cəlb olunacaq. Bu təqaüd və təqaüd-təhsil proqramı deyil. Təqaüd burada stimullaşdırıcı rol üçün verilib. Bu birbaşa işgüzar bir proqramdır. Məqsədi isə bir vətəndaşın gələcək iş yerinə adaptasiyası və inkişafı üçün stimullaşdırıcı rol oynamasıdır.”