Mütəxəssiz: kiberdələduzluq halları kütləviləşib, vətəndaşlar...

Şəkidə qadına qarşı dələduzluq edilib.
APA-nın məlumatına görə, Şəki şəhər sakini olan qadın G.Abdurəhimovaya xarici nömrədən zəng gəlib.
Ona zəng edən şəxs özünü bank işçisi kimi təqdim edib və guya kartına müdaxilə olduğunu bildirib.
Zərərçəkmiş kart məlumatlarını qarşı tərəfə ötürdükdən sonra balansında olan 3300 manat pul çıxarılıb.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a bildirib ki, bu hadisə ənənəvi bir metoddur:

“Maariflənmənin diqqətdə olduğu dövrdə bu metoda məruz qalaraq zərərçəkmək, qəbul olunmaz haldır. Ölkədən dələduzluq yolu ilə bank vəsaitlərinin oğurlanmasını iki hissədə şərh edə bilərik. Birincisi, əgər o pul Azərbaycan bankına ötürülübsə, zərərçəkən şəxs baxa bilərki hara köçürülmə edilib. Görsə ki, Azərbaycanda başqa bir banka köçürürülüb o, halda polisə şikayət edərək pulu müəyyən qədər geri almanın şansı var. Vəsait başqa bir ölkəyə köçürülübsə, o zaman pulun geri qayıtması çox çətindir. Çünki, ölkədən çıxan pul visa, master və ya digər tranzasiya şirkətləri tərəfindən icra olunduğuna görə izinə düşə bilmirik. Visa, master və digər şirkətlər Azərbaycanla bu istiqamətdə əməkdaşlıq edə bilmirlər. Çünki, onun izinə düşmək və pulun hara getdiyini öyrənmək geniş situasiyadır. Minlərlə bu hala məruz qalan şəxslər olduğu üçün həmin şirkətlər bu istiqamətə resurs ayıra bilmirlər. Hazırda Şəkidə baş vermiş hadisəni bank həmin əməliyyatı şəxsin özü etmiş kimi hesab edir. Çünki şəxs öz məlumatlarını qarşı tərəfə ötürüb. Bu tip halların qarşısının alınması çox çətindir. Məsələ ondan ibarətdir ki, vətəndaş maariflənməlidir ki, ona aid olan məlumatları qarşı tərəfə ötürməsin. İnsanların xarici nömrədən zəng edib özünü Azərbaycan vətəndaşı kimi təqdim edənlərə inanması qəbul edilməz bir haldır. Hər bir halda bankların üzərinə öhdəlik qoyan Mərkəzi Bank, Daxili İşlər Nazirliyi, Məhkəmə, Prokuratura və digər qurumların bu istiqamətdə birləşib komissiya yaradaraq bankların proseslərini biraz da çətinləşdirmələri lazımdır. Əslində çətinləşdirmə banklara sərf etmir. Çünki banklar müştərilərə daha rahat şərait yaratmaqda və onlar çox məlumat daxil etmədən pul köçürə bilməkdə maraqlıdırlar . Digər tərəfdəndə kiberdələduzluq halları kütləviləşib. Kütləviləşdiyi təqdirdə dövlət bu məsələyə müəyyən bir şəkildə bankların proseslərini çətinləşdirmədən hər hansı qaydalar təqdim etməlidir. Ancaq istənilən halda məsələmiz maariflənmədir. Vətəndaş öz şəxsi məlumatlarınə qarşı tərəfə ötürməməlidir.”