2024-cü ilin may ayında ailə başçısını itirməyə görə 193 min nəfərdən çox şəxsə pensiya və müavinət ödənilib.
Dövlət Sosial Müdafiə Fondundan APA-ya verilən xəbərə görə, onlardan 134 min nəfərdən çox şəxs pensiya, 58 min nəfərdən çox şəxs isə müavinət alıb.