
Səhər yeməyi mütləqdir? -Dietoloqdan qızıl kimi tövsiyələr
11:21 02.08.2024
Sağlamlıq
1181
Həkimlərin əksəriyyəti səhər yeməyini əsas qida qəbulu kimi qiymətləndirir.
Səhər yeməyi orqanizmi "işə salır", ona lazım olan enerji ilə təmin edir. Təəssüf ki, insanların əksər hissəsi səhər yeməyini vacib hesab etmir və ən yaxşı halda 1 fincan qəhvə və ya çay və buterbrodla kifayətlənirlər, bir çoxları isə ümumillikdə səhər yemək yemir.
Mövzuya münasibət bildirən həkim-dietoloq Tutu Zeynalova “Sherg.az”a bildirib ki, səhər yeməyi hər insan üçün individualdır:

“Əgər insan uzun illərdir səhər yeməyi yemirsə və özünü rahat hiss edirsə, buna məcbur deyil. Son illərdə səhər yeməyini gec yeyin və heç yeməyin deyən mütəxəssislər də var. Eyni qayda da hər gün səhər yeməyi yeyən insana səhər yeməyi yemə, birbaşa günorta yeməyi ye demək də doğru deyil. Səhər tezdən oyanan kimi ilk olaraq su içməliyik. Bundan 1 saat sonra səhər yeməyi yemək olar. Çünki səhər yeməyi yeməsək özümüzü gün ərzində enerjisiz hiss edərik. Orqanizmin gün ərzində rutin işlərini görmək üçü enerjiyə ehtiyyacı var. Digər tərəfdən hamı səhər yeməyi yeməlidir deyə qayda da yoxdur. Gecikmiş səhər yeməyi yemək və ya saat 10 dan sonra 1 fincan kofe ilə çərəz yeyərək günorta yeməyinə keçmək olar. İstər səhər yeməyi yeyilsin, istərsə də yeyilməsin, arıqlamaq üçün kalori diftiti yaratmaq lazımdır. Yəni xərclədiyimizdən daha az kalori qəbul etməliyik ki, çəki verə bilək. Səhər yeməyi yeməyib, ancaq əvəzinə günorta və axşam aşırı qidalanaraq arıqlamaq olmur. Səhər yeməyi yeməyərək, günorta və axşam balanslı qidalanaraq arıqlamaq mümkündür. Bunu isə hər kəsə şamil etmək olmaz. Hər birimizin kökəlməsi də eyni deyil. Buna görə də arıqlaya bilməməyin və köklüyün səbəbini arışdırmaq lazımdır. Daha sonra ona uyğun addımlar atmaq daha məqsədə uyğun olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Putinin də G20 sammitində iştirakını gözləyir
17:45 21.11.2026
Dünya
ABŞ Rusiyada doğulan şəxsi deportasiya etmək istəyir
17:43 21.11.2026
Dünya
“Şəfa” “Qəbələ”yə qarşı, “Turan Tovuz”dan qələbə - Yenilənir
17:26 21.11.2026
Futbol
“Turan Tovuz” azlıqda “Şamaxı”ya qalib gəldi
16:42 21.11.2026
Futbol
Küləkli hava şəraiti ilə bağlı SARI XƏBƏRDARLIQ verilib
16:28 21.11.2026
Ekologiya
Polşa NATO-nun 4-cü maddəsini işə salmağı nəzərdən keçirir
16:26 21.11.2026
Dünya
Avropa Jurnalistlər Federasiyası Paşinyanı sərt tənqid etdi
16:08 21.11.2026
Siyasət
Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb
15:44 21.11.2026
Ekologiya
Azərbaycan və Vyetnam prezidentlərinin Birgə Bəyanatı qəbul edilib
15:35 21.11.2026
Gündəm
Paşinyan: Sabah TRIPP layihəsinin başlanması rəsmən elan ediləcək
15:05 21.11.2026
Region
Şapka udan məşhur begemot Fiona öldü
14:57 21.11.2026
Hadisə