Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən 2024-cü ilin avqust ayı ərzində Bakı şəhəri və digər rayonlar üzrə ümumilikdə 44 aptekdə yoxlama aparılıb.
Bu barədə APA-ya AEM-dən məlumat verilib.
Bildirilib ki, 31 aptekdə planlı, 13 aptekdə plandan kənar yoxlama keçirilib.
Qeyd edilib ki, yoxlamalar zamanı 2 aptekdə nöqsanlar aşkarlanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 452.4 maddə üzrə protokollar tərtib edilib.