
Sahib Məmmədov: Qeyri-formaldan formal əmək bazarına keçid baş verir
13:57 14.11.2024
Sosial
454
Bu ilin yanvar-oktyabr ayları ərzində ölkəmizdə əmək müqavilələrinin sayı 63 min və ya 3,5 faiz artaraq 1 mln. 871 min 717-yə çatıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.
Bildirilib ki, əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım əməkhaqqı fondunda da davamlı artıma imkan yaradıb.
Qeyd edək ki, cari ilin 10 ayında əməkhaqqı fondunda daha 8 faiz artım qeydə alınıb.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, bu artım əmək bazarında yavaş-yavaş da olsa, ağarma prossesinin olduğunu göstərir:

"Yəni, qeyri-formaldan formal əmək bazarına keçid baş verir. Bunun nəticəsində əmək müqavilələrinin sayı artır. Belə olan halda isə Dövlət Sosial Müdafiə Fonduna yığımın həcmi çoxalır. Eyni zamanda tibbi, işsizliklə bağlı sığorta fonduna əlavə vəsait daxil olur. Həmçinin, işçilər leqal və əmək müqaviləsi əsasında çalışmaqla yığım formalaşır. İş yerində bədbəxt hadisə və xəstəlik hallarından sığortalanırlar. İstənilən halda göstəricini müsbət qiymətləndirirəm. Amma hələ də Azərbaycan da qeyri-formal məşğulluq yüksək səviyyədə qalmaqdadır. Bu, əsasən özünəməşğul insanlardır ki, vergi uçotunda deyillər. Qeyri-rəsmi əmək kollektivləri də mövcuddur. Məsələn, onlar daha çox ev tikintisi ilə məşğuldurlar. Bu qisimdə əksəriyyətinin işləri olsa da, məşğulluqları rəsmiləşmiyib. Bir sözlə, qeyri-formal əmək bazarının iştirakçısıdılar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, Trampın Putinə hədiyyəsi deyil - Naumov
12:23 12.12.2025
Dünya
Sülh planını Zelenskidən başqa hamı bəyənir - Tramp
12:02 12.12.2025
Dünya
Neytral, tərəfsiz bir platforma da sülhə xidmət edəcək - ŞƏRH
11:56 12.12.2025
Gündəm
Ukrayna üçün seçimlər ağrılıdır - Fidan
11:49 12.12.2025
Dünya
Rəsmi Moskva Ukraynanı nüvə şantajında ittiham edib
11:27 12.12.2025
Dünya
Aİ və Ermənistan manipulyasiya edir - RƏY
11:00 12.12.2025
Gündəm
Ter-Petrosyan Paşinyanın əsas tənqidçisinə çevrilib - ŞƏRH
10:36 12.12.2025
Siyasət
Nəriman Həsənzadə palataya köçürüldü
10:17 12.12.2025
Ədəbiyyat
Ruslarla AES-lə bağlı razılığa gələ bilmədik, ABŞ təklif edir ki...
10:00 12.12.2025
Dünya
Gürcüstan da bilməlidir: Azərbaycan heç nəyi unutmur -ŞƏRH
09:27 12.12.2025
Gündəm
Dünya bazarlarında neftin qiyməti yenidən artır
08:48 12.12.2025
Dünya
Kolbasa 2 ağır xəstəliyə səbəb olur
08:34 12.12.2025
Sağlamlıq