Apteklərin icbari tibbi sığortada iştirakı yaxşı xəbərdir -RƏY
Yusif Nəzərli
08:13 01.12.2024
Sosial
570
Bir sıra xəstəliklər var ki, onların müalicəsi, həqiqətən də, böyük vəsait tələb edir
Bu isə vətəndaşları, xüsusən də əhalinin aztəminatlı hissəsi üçün çətindir
Aptek təşkilatları icbari tibbi sığortada iştirak etmək hüququna malik olacaqlar. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə edilən "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, icbari tibbi sığortada iştirak etmək niyyətini bildirən aptek təşkilatları ilə qanunauyğun olaraq müqavilə bağlanılacaq. Sığortaolunanlara aptek təşkilatları tərəfindən ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılmasına yalnız icbari tibbi sığorta üzrə məlumat bazasına (elektron informasiya ehtiyatına) ötürülmüş resept əsasında yol veriləcək. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif edilən digər dəyişikliksə əhalinin dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədi daşıyır. Milli Məclisdə müzakirə zamanı qeyd edilib ki, dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq. Layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcəkdir. Bundan başqa, layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri, icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb. Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. Xatırladaq ki, Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin və dərman vasitələrinin alınmasının icbari tibbi sığorta ilə qarşılanmasını təklif etmişdi: Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır”.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına təklif edilən dəyişiklikləri mütərəqqi addım adlandırdı:
- Bilirsiz ki, vətəndaşların dərman vasitələrini dövlət hesabına alması məsələsi bundan əvvəl də gündəmə gəlirdi. Bəli, bir sıra xəstəliklər var ki, onların müalicəsi, həqiqətən də, böyük vəsait tələb edir, mütəmadi müalicə gərək olur, bu isə vətəndaşları, xüsusən də əhalinin aztəminatlı hissəsi üçün çətindir. Təklif edilən dəyişikliklərdə apteklərin icbari tibbi sığortada iştirakı nəzərdə tutulur. Bu olarsa, vətəndaşların dərman vəsaitlərini əldə etməsi xeyli asanlaşar. Şəkərli diabet, ürək-damar xəstəlikləri, arterial təzyiq, böyrək çatışmazlığı, qara ciyər yetməzliyi, bronxial astma, allergik xəstəliklər var ki. xroniki hesab edilir və belə xəstəliklər bir dəfəylə müalicə olunan deyil. Mütəmadi, vaxtaşırı müalicə almaq gərəkdir. Bunun üçün də pasiyentlərin mütəmadi dərman preparatlarından istifadə zərurəti yaranır. Sosial-maddi durumu nisbətən aşağı okan vətəndaşlara mütəmadi dərman vastələrini almaq, vaxtaşırı müalicə çətin olur. Amma apteklər icbari tibbi sığortada yer alsalar, vətəndaşların dərmanlara əlçatanlığı da xeyli yüksələr. Belə bir təcrübə inkişaf etmiş ölkələrdə var, bizdə də tətbiq edilməsi gözlənilir. Hesab edirəm ki, bu, çox müsbət addım olar. Əsas məsələ odur ki, icbari sığortada iştirak edən apteklər dərman vasitələrinin konkret hansı tibb müəssisəsi tərəfindən təyin edildiyini və tibbi sığorta paketinə daxil olduğunu biləcək. Çünki reseptlər elektron qaydada təqdim olunacaq. Apteklərin xərci isə icbari sığorta tərəfindən qarşılanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət