Erməni batalyonu “Arbat”ın yaradıcısı Moskvadakı partlayışda ağır yaralanıb - YENİLƏNİB
08:53 03.02.2025
Dünya
332
Ukraynada Rusiya tərəfində döyüşən erməni batalyonu “Arbat”ın yaradıcısı Armen Sarkisyanın Moskvadakı partlayışda ağır yaralandığı məlum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, hüquq-mühafizə orqanları Sarkisyanın partlayışda ölmədiyini, lakin ağır yaralandığını təqsidləyiblər.
Bildirilib ki, erməni batalyonunun yarıdıcısına sifarişli suqi-qəsd olub və bu, dəqiqliklə planlaşdırılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıye Parusa” yaşayış kompleksində partlayış baş verib. Yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb. Nəticədə 1 nəfər ölüb, 5 nəfər yaralanıb. Rusiyanın teleqram kanalları ölən şəxsin Ukraynada Rusiyanın tərəfində döyüşən erməni batalyonu olan “Arbat”ın yaradıcısı, qondarma Donetsk Xalq Respublikasının Boks Federasiyasının prezidenti Armen Sarkisyan olduğunu yazıblar. Daha sonra Rusiya KİV-ləri Sarkisyanın ölmədiyini, ağır yaralandığını bildiriblər.İstintaqın versiyasına görə, erməni batalyonunun yaradıcısı mühafizçəliləri ilə birlikdə yaşayış kompleksinə daxil olarkən bomba işə düşüb. 1 kiloqram tratil gücündə olan bomba yaşayış kompleksinin foyesinə ciddi zərər vurub. Verilən məlumata görə, partlayış nəticəsində yaralılanların da vəziyyəti çox ağırdır. Bu səbəbdən onların xəstəxanaya təcili çatıdırlması üçün hadisə yerinə helikopter cəlb olunub.
12:01
Moskvada “Alıye Parusa” elit yaşayış kompleksində partlayış nəticəsində ölən şəxsin Ukraynada döyüşən “Arbat” (erməni batalyonu-red) batalyonunun yaradıcısı, Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti-red) Boks Federasiyasının prezidenti Armen Naqapetoviş Sarkisyan olduğu ehtimal olunur.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli teleqram kanalları məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvanın şimal-qərbində yerləşən elit yaşayış kompleksinin foyesində əldə qayırma partlayıcı qurğu işə düşüb. Nəticədə bir nəfər ölüb, beş nəfər yaralanıb.
11:20
Bu gün səhər saatlarında Moskvada Aviasionnaya küçəsində yerləşən “Alıe Parusa” yaşayış kompleksində partlayış baş verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, yaşayış kompleksinin foyesində əldəqayırma partlayıcı qurğu işə salınıb.
İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Kanadanın rəhbərlərini “kloun” adlandırıb
00:16 25.08.2026
Dünya
ABŞ Suriyanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb
23:55 24.08.2026
Dünya
Ana və iki övladı eyni vaxtda tələbə oldu
23:39 24.08.2026
Cəmiyyət
Bələdiyyə sədri CHP-dən istefa verdi
23:11 24.08.2026
Siyasət
ABŞ Suriyanı “qara siyahı”dan çıxardı - Yaxın Şərqdə yeni mərhələ?
22:37 24.08.2026
Gündəm
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm