
Psixoloqdan SOS: Xalqımızın mənəvi dəyərlər sistemi ciddi devalvasiyaya uğrayıb
09:52 10.07.2025
Sosial
504
Ağdaş rayonunda 22 yaşlı oğlan atasını bıçaqlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Ağdaş şəhəri, Vaqif küçəsi, ev 44-də baş verib. Həmin ünvanda yaşayan, anadangəlmə nitq qüsurlu Həmid Elyazov (ad və soyad şərtidir) atasından pul istəyib. Atası ona 12 manat versə də, Həmid ondan daha artıq pul istəyib. Atası isə onu otaqdan qovub, əvəzində qızına bir manat verib.
Prosesdən əsəbiləşən Həmid mətbəxdən bıçağı götürərək atasını qorxudub, ondan daha çox pul tələb edib. Atası ikinci dəfə Həmidi otaqdan qovmaq istəyərkən o, əlindəki bıçaqla atasına hücum edib və ona 3 zərbə endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb və H.Elyazov saxlanılıb.
Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmə H.Elyazovu hadisəni törədərkən anlaqsız vəziyyətdə olması qərarına gəlib və onu cəzadan azad edib. H.Elyazov məcburi müalicəyə göndərilib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, indiki dövrdə qlobal, iqtisadi, siyasi, ekoloji , maddi , psixoloji, iş həyatında isə stress, aqressiya, konfliktlər və digər problemlər var:

“Müasir dövrdə geniş yayılmış problemlərdən biri də ailə daxilində olan konfliktlərdir. Son illər ərzində xalqımızın mənəvi dəyərlər sistemi ciddi devalvasiyaya uğrayıb və anormal istiqamətdə dəyişməkdədir. Ailənin əsasında ən başlıca rol oynayan valideynlərin sayəsində övlad böyüyüb, boya-başa çatır, tərbiyə alır. Əgər ailənin təməli düzgün qurularsa, onun “xəstələnmək” və dağılmaq təhlükəsi də az olar. Ailədə verilən düzgün tərbiyə uşağın gələcək inkişafını tənzimləyir.Ona görə də istər boşanmış ,istərsə də münasibətlərində problemi olan ailələrdə valideynlər uşaq tərbiyəsində mümkün qədər öz çətinliklərini arxa plana atmalı, uşağın yanında bunu hiss etdirməməlidirlər. Valideynlər öz məsuliyyətlərini dərk etməli, bir insan yetişdirdiklərini unutmamalıdırlar. Problemi olmayan uşaq yoxdur. Ancaq onları aradan qaldırmaq mümkündür. Mühüm olan onlarla qurduğunuz rabitə və tərbiyə üsuludur. Əgər tərbiyə üsulu yanlış olarsa, ya da kobudcasına təqdim edilərsə, uşaq onu qəbul etməyəcək. Yaxşı ailə odur ki, layiqli bir tərbiyə üsulu tərtib edə bilsin. Hər bir sahədə olduğu kimi, övlad tərbiyəsində də sözsüz ki, problemlərlə üzləşəcəyik. Əgər valideynin düzgün tərbiyə üsullarından xəbəri varsa, övlad tərbiyəsində müvəffəqiyət qazanar. İndiki şəraitdə çağdaş dünyamızda gedən proseslər, qloballaşma, texnologiyanın inkişafı, inteqrasiya prosesi, internet və virtuallaşma kimi yeni düşüncə-informasiya modellərinin zərbələri Azərbaycan ailəsindən də yan keçməyib. Müasir ailənin formalaşması və fəaliyyət göstərməsinə spesifik şərait təsir göstərir. Ailələrin qorunması üçün dünyanın bir çox yerlərində həmçinin ölkəmizdə bir sıra tədbirlər görülür. Problemlərin aradan qaldırılması ailəni daha möhkəm və davamlı edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm