AZAL BMT-nin Qlobal Sazişinə qoşulub
AZAL BMT-nin Qlobal Sazişinə qoşulub
10:37 31.01.2024
Sosial
367
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Birləşmiş Millətlər Təşkilanın (BMT) Qlobal Sazişinə üzv olduğunu elan edib.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətindən “APA-Economics”ə verilən xəbər görə, Qlobal Saziş BMT-nin himayəsi altında həyata keçirilən bir təşəbbüsdür. O, biznesin sosial məsuliyyətinin təşviq edilməsi və onun dayanıqlı inkişaf prinsiplərinə uyğunluğunun stimullaşdırılması məqsədini daşıyır.
Aviaşirkətin Qlobal Sazişə üzv olması Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də ekoloji, sosial və korporativ idarəetmə sahələrinin (ESG) təşviqini əhatə edir. Bu sazişə qoşulmaqla aviaşirkət, həmçinin insan haqları, işçilərin hüquqları, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.
“Bu təşəbbüsə qoşulmaq AZAL üçün əlamətdar bir hadisədir. Aviaşirkət dayanıqlı inkişafa və məsuliyyətli biznes təcrübələrinə yönümlü olduğunu təsdiqləyir ki, bu da onun etibarlı aviadaşıyıcı kimi beynəlxalq nüfuzunu gücləndirir. Təşəbbüs prinsiplərini öz fəaliyyətinə inteqrasiya edən AZAL beynəlxalq arenada mülki aviasiya sahəsində lider aviaşirkətlərdən biri olmağı hədəfləyir”, — deyə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev bildirib.
Saziş çərçivəsində AZAL ekoloji, sosial və korporativ idarəetmə sahəsində fəaliyyətlər həyata keçirəcək. Aviaşirkət 2023-2030-cu illəri əhatə edən öz davamlı inkişaf strategiyasının prioritetlərinə əməl edərək, əməkdaşları üçün rahat iş şəraitinin yaradılması, gender bərabərliyini təşviqi və digər mövzuları əhatə edən layihələr planlaşdırır.
AZAL dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri artıq reallaşdırıb. Bu təşəbbüslərə donanmanın modernləşdirilməsi və CO2 emissiyalarının azaldılması üçün üç yeni “Airbus A320neo” təyyarələrinin alınması, müxtəlif layihələr vasitəsilə cəmiyyətə dəstək, o cümlədən ədalətli əmək təcrübələri, işçilərin inkişafı proqramları və digər tədbirlərin həyata keçirilməsi daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol
“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib
16:26 27.05.2026
Futbol