Azərbaycanın artıq kosmosda orbital mövqeyi var
Azərbaycanın artıq kosmosda orbital mövqeyi var
09:00 12.01.2024
Sosial
417
46° ş.u. (şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, 2013-cü ildə orbitə buraxılan “Azerspace-1” telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° ş.u. orbital mövqeyinin C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərir.
46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün fəaliyyətə 8 dekabr 2020-ci ildə zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yeddiillik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses üç ilə tamamlanıb. Bu müddət ərzində Azərbaycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.
Qeyd edək ki, 46° ş.u. mövqeyi Azərbaycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u. yerləşdirməsinə imkan verir.
Telekommunikasiya, yayım və hava proqnozları üzrə fəaliyyətdə olan peyklər üçün artıq məhdud məkana çevrilən geostasionar kəmər ekvatordan təxminən 36,000 kilometr yüksəklikdə yerləşir. Bu hündürlüyün əsas əhəmiyyəti odur ki, burada olan peyklər Yer səthi ilə eyni sürətlə fırlanır. Bunun sayəsində həm peyk operatorları, həm müştərilər, həm də evdən peyk vasitəsilə televiziya və radio izləyənlər antenlərini bir nöqtəyə tuşlanmış vəziyyətdə saxlayaraq peykdən davamlı siqnal ala bilirlər. Dövlətlər özlərinin və ya onlara müraciət etmiş özəl şirkətlərin geostasionar kəmərdəki boş orbital mövqelərdən istifadəsi üçün rəsmi qaydada BTİ-yə müraciət edirlər. Həmin mövqelərdə yerləşəcək peyklər hazırda ya yığılır, ya da buraxılışını gözləyir. Geostasionar məkandakı peyk 15-20 illik ömrünün sonuna çatdıqda orbital mövqeyə sahib olan ölkə həmin mövqedəki peykini əvəz etmək imkanına malikdir. Bu tənzimlənmə prinsipi faktiki olaraq ölkələrə öz mövqelərini qeyri-müəyyən müddətə kimi saxlamağa imkan verir.
Kosmos sahəsinə yeni qoşulan bir ölkə heç də asanlıqla geostasionar orbitdə peyk yerləşdirə bilmir. Bunun üçün gərək seçdiyi orbital mövqeni digər orbital mövqeyə sahib olan ölkələrlə razılaşdırsın.
Nəticə etibarilə geostasionar kəmər kimi məhdud resursa sahib ölkələr arasında artıq Azərbaycan da özünəməxsus orbital mövqeyi ilə söz sahibidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks