
“Bioloji sürü” ssenarisi -Uşaqlar ideyasız cəmiyyətin qurbanına çevrilir
09:51 20.06.2025
Sosial
400
Psixoloq: Son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda azyaşlı oğlanlara təcavüz etməkdə təqsirləndirilən Xanlar Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə X.Ağayev 19 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, 1969-cu il təvəllüdlü Xanlar Ağayev yaşadığı Hövsan qəsəbəsində 10 və 11 yaşlı qonşularını aldadaraq onlara təcavüz edib, mütəmadi olaraq həmin uşaqlara qarşı seksual hərəkətlər edib. Xanlar təcavüzdən sonra həmin uşaqları bu barədə heç kimə məlumat verməməklə hədələyib, məlumat yayılacağı təqdirdə onları biabır edəcəyini deyib.
2024-cü ildə Xanların cinsi təcavüzə məruz qoyduğu uşaqlardan biri intihar edib. Faktla bağlı cinayət işi başlanıb və məlum olub ki, azyaşlı təcavüzə məruz qaldığı üçün özünü öldürüb. Keçirilən əməliyyat tədbirləri nəticəsində X.Ağayev saxlanılıb.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, son dövrlər uşaqlara qarşı seksual zorakılıq hallarının artması ciddi narahatlıq doğurur:

“Uşaqların cinsi istismarı (pedofiliya) dünyada insan haqlarının çox ağır pozuntularından biridir. Dünyanın hər yerində uşaqlar ən ağır cinayətlərdən biri hesab olunan pedofiliyanın qurbanlarına çevriliblər. Cəmiyyəti zombiləşdirməyə, yəni onu milli ideya və milli ideallardan məhrum olmuş bioloji sürüyə çevirmək ssenarilərini bəzi əxlaqsızlar işə salıblar. Bunun qarşısını almaq üçün əhalinin, xüsusilə valideynlərin məlumatlı olması vacibdir. Təəssüf ki, valideynlər bəzən uşaqlara bununla bağlı məlumatlar vermirlər. Düşünürlər ki, erkən seksual münasibətlərlə bağlı məlumat uşaqlara zərərli ola bilər. Buna görə də valideynlər informasiyanı məhdudlaşdırır. Həmçinin uşaqlara öztoxunulmazlıq barədə də məluamat verilmir. Yaxşı olar ki, valideyinlər bu cür informasiyaları uşaqları ilə həmişə müzakirə etsinlər. Burada ziddiyyətli məqam odur ki, pedofiliyanı uşaqlarına başa sala bilmirlər. Valideynlər özü bunu başa sala bilmirsə, uşağı mütəxəssisin yanına aparmalıdır. Uşaqlar, psixoloji dəstək almasalar, yetkinlik yaşına çatanda onlarda ciddi problemlər üzə çıxa bilər.Psixoloq olaraq valideynlərə səslənirəm ki, uşaqlarınızı qoruyun və zorakılığın ən adi versiyasında belə lazımi dövlət orqanlarına müraciət edin”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual
Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq
20:20 24.09.2026
Texnologiya
Neft 108 dolları keçdi
20:13 24.09.2026
İqtisadiyyat
Ceyhun Bayramov İƏT toplantısında çıxış edib
19:46 24.09.2026
Siyasət
Ağcabədidə qadın əri tərəfindən bıçaqlandı - YENİLƏNİB
19:38 24.09.2026
Hadisə
David Alabanın yeni klubu bəlli oldu
19:30 24.09.2026
Futbol
İsrail hərbçiləri HƏMAS-ın hərbi qanadının komandirini öldürüblər
19:23 24.09.2026
Gündəm
Qazaxıstanda matəm elan edildi
19:16 24.09.2026
Dünya