
Ekspert: Soyuq havalarda elektromobillərin gediş imkanları azalır
12:55 15.01.2024
Sosial
427
Şaxta “batareya”nın həcmini sürətlə boşaldır.
“Bu qarda ilk dəfə yanacaqla işləməyən maşınla yola çıxdım. Ya dilini yaxşı bilmirəm ya da xüsusiyyəti belədir; qara düşən kimi dayanır.
Deməyim odur ki, elektriklə işləyən avtomobilə etibar edib uzaq və qarlı yollara çıxmayın”. Bu sözləri “Qanun” Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu sosial media hesabında paylaşıb. Qeyd edək ki, söhbət “Toyota BZ4X” markalı avtomobildən gedir.
Jurnalist Pərviz Həşimli də öz səhifəsində eyni problemə toxunub: “"Kitayiski" maşınlar özünü göstərdi. Hava sərt soyuq olanda 400 -450 km üçün nəzərdə tutulan bateriya 200 km də bitirmiş. Bu gün enerjisi bitən bir neçə İD 6 yollarda qalıb.
Elektromaşınlar qarşıdakı 5 ildən sonra daha mükəmməl ola bilər”.
Sözügedən paylaşımla bağlı rəydə müxtəlif fikirlər səsləndirilib. Qeyd edilib ki,
ya Azərbaycana gətirilən elektromobillər həqiqətən də Çin maşınlarıdır. Ya da sürücülər avtomobilin yola uyğunlaşmasını təmin edə bilmir.
Rəylər arasında “sürüşmənin qarşısını alan mexanizm açıq olduğuna görə dayanıb. Həmin sistemi bağlayın, sürün” kimi fikirlər də var.
Maraqlıdır, elektromobillərin soyuq havalarda gediş məsafəsi yay ayları ilə müqayisədə aşağı olur?
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlının “Sherg.az”a açıqlamasına görə, havanın temperatutu enən kimi batareyanın tez boşalması elektromobillərin ən böyük problemlərindən biridir.
Ekspert elektromobillər haqqında bu cür antitəbliğat xarakterli çıxışların yayılmasının xoşagəlməz hal olduğunu vurğulayıb:
“Lakin günümüzün reallığı budur. Ekoloji cəhətdən təmiz olan elektrik enerjisi ilə işləyən avtomobillərdən istifadə müasir dövrün çağırışlarından biridir. Hətta ölkəmizdə bu avtomobillərdən istifadənin stimullaşdırılması üçün müəyyən güzəştlər də tətbiq edilir. Lakin heç kəs deyə bilməz ki, elektromobillərlə bağlı hər şey mükəmməldir. Təəssüf ki, hava şəraiti ilə bağlı elektromobillərdə ciddi problemlər yaşanır. Bu təkcə bizimlə bağlı olan bir məsələ də deyil. Artıq dünyanın bir çox ölkələrində bu mövzu ətrafında müzakirələr başlayıb. Bizdə də son vaxtlar elekromobillərə maraq artıb, istifadəçilərin sayı artmağa başlayıb. Ona görə də mütləq bu məsələ ətrafında müzakirə açılmalı və əhaliyə düzgün məlumat verilməlidir ki, elektromobil almaq istəyən insanlar sonradan bu cür problemlərlə üzləşməsinlər. Bu yaxınlarda Türkiyədə də bu cür paylaşımlar edilirdi ki, soyuq havalarda avtomobildə isitmə sistemi işləmir, qət etdikləri yolu üşüyə- üşüyə qalırlar. Amerikanın ştatlarından birində isə şaxtalı havada elektromobilin alışıb yanması ilə bağlı video- fakt paylaşılmışdı”.

Bu kimi faktların üzə çıxarılması və ictimailəşdirilməsinin müsbət tendensiya olduğunu qeyd edən E. Muradlı deyib ki, bu növ avtomobillərdən istifadə edən şəxslər həm məlumatlı, həm də tədbirli olsalar, problemlərin də sayı azalar:
“İstehsalçılar bu kimi narazılıqları ciddiyə almalı və mövcud problem nədirsə, istehsal prosesində onu düzəltməlidirlər. Onu da deyim ki, elektromobil almaq istəyən şəxslər rəsmi dillerlərdən alsalar daha yaxşı olar. Bu zaman avtomobillə bağlı hər hansı bir problem yaşananda, həll etmək daha asan olur. Qeyri- rəsmi şəbəkələr vasitəsilə Çindən gətirilən avtomobillər ucuz başa gəldiyi üçün vətəndaşlar həvəslənir. Hətta bir çoxları onlayn formada sifariş verib, özləri alır və sonrada hər hansı bir problem yaşananda onu nə geri qaytarmaq, nə də düzəltmək olur. Rəsmi dillerlərdən almaq ona görə məsləhətlidir ki, texniki bir problem çıxanda, servis xidməti lazım olanda döyüləsi bir qapı tapa bilək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət