
Ekspert: Vətəndaş ev alarkən pulun mənbəyi anket formasında soruşulacaq
11:47 12.01.2024
Sosial
622
Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün Notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılır və bu məlumatlar geniş müzakirə olunur.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Sherg.az”a açıqlamasında "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi" ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır deyə bildirib:

"Bunu illik, 2 illik və s. fəaliyyət proqramlarına daxil edirlər. Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına mübarizə proqramı çərçivəsində diqqətli olmağı və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya formasında deyil. Məsələn hərhansı bir vətəndaş yarım milyona ev alarkən pulun mənbəyi, hardan əldən olunması ilə bağlı sadəcə olaraq şifahi şəkildə, yəni anket formasında sual veriləcək. Bu baxımdan notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında narahatçılıq, ləngimə, gecikmə halları nəzərə alınmır və narahatçılıq üçün əsas yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat