
Məktəblərdə davalar artıb -Psixoloq səbəblərdən DANIŞDI
12:15 18.03.2025
Sosial
389
Şəkidə məktəblilər arasında dava birinin xəsarət alması ilə nəticələnib. Şəhər məktəblərindən birinin 11-ci sinif şagirdini 4 nəfər sinif yoldaşı dağa apararaq vəhşicəsinə döyüb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.az-ın bildirilib ki, Şəki şəhərində məktəblinin həmyaşıdları tərəfindən döyülməsi ilə bağlı martın 9-da ailə üzvlərinin müraciəti əsasında ərazi polis orqanında araşdırmalara başlanılıb:
"Hadisə yerinə baxış keçirilib, tərəflərin izahatları alınıb və zərərçəkmişin xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin olunub.
Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq toplanmış material üzrə qərar qəbul olunacaq".
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, son illərdə məktəbdə təhsil alan yeniyetmə və uşaqlarla bağlı xoş olmayan hadisələrin şahidi oluruq:

“Bu hal valideynlərin uşaqlara yersiz və gərəksiz “azadlıq” vermələri, ailə tərbiyəsindəki müəyyən boşluqların nəticəsidir. Digər məqamlarda isə təhsil müəssisələrində bu kimi hallara müəllimlərin şərait yaratdığını düşünürəm. Baş verən hadisəni gizlətmək əvəzinə, onu lazım gələrsə tərəflərin ailələri ilə birgə həll etməli, məktəb psixoloqu və digər mütəxəssislərlə birgə çalışmalı, valideynlərlə görüşləri daha qısa zamanda və mütəmadi şəkildə reallaşdırmalı, ehtiyac olarsa aidiyyəti qurumlardan yardım almalıdırlar. Müəllimlər hansısa bir şagirddə şiddətə meyillilik, aqressiya və ya digər məqamları hiss edərlərsə, bu barədə direktor, məktəb psixoloqu və ailəsinə xəbər verməlidirlər. Şagirdlərin günlərinin əsas hissəsini məktəblərdə keçirdiyini nəzərə alsaq, müəllimlər bu kimi hallarla qarşılaşmamaq üçün xüsusilə diqqətli olmalıdırlar. Çox təəssüf ki,məktəblərdə psixoloq və sosial işçilərin sayı şagird və tələbələrin sayı ilə nisbətdə çox azdır. Təklifim odur ki, məktəb psixoloqlarının şagirdlərlə işinin təşkili, problemli ailələrdən gələn şagirdlərlə iş metodikası inkişaf etdirilsin. Onlarla iş düzgün qurularsa, mütəmadi izlənilərsə, hesab edirəm ki, effektiv nəticələr əldə ediləcək. Məktəbli dərslərini yaxşı oxumalı, məktəbin ictimai işlərində fəal, tərbiyəli, əxlaqlı, savadlı və bacarıqlı olmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol
Bakıda bu məhsul 35% bahalaşdı - Səbəb
15:47 29.04.2026
Sosial
Pəhləvinin hakimiyyət iddiası etiraz dalğasını zəiflədir - RƏY
15:44 29.04.2026
Gündəm