
Psixoloq: Repititorlara havayı yerə pullarınızı tökməyin
11:56 18.01.2024
Sosial
584
Bakıda imtahana gedən qız özünü 16-cı mərtəbədən atıb. Hadisə Nizami rayonu "Qara Qarayev" metro stansiyası yaxınlığında qeydə alınıb. Paytaxt sakini 18 yaşlı L.Seyfullayeva burada yerləşən çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.
oxu.az xəbər verir ki, iddialara görə, L.Seyfullayeva Hövsan qəsəbəsində yaşayıb. Onun kollec tələbəsi olduğu bildirilir. İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, L.Seyfullayevanın hadisə baş verən günü imtahana getdiyi bildirilir. Belə ki, onun imtahan vermək üçün evdən çıxdığı, lakin özünü binadan ataraq intihar etdiyi məlum olub. Hazırda faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.
Bu hadisə bir daha uşaqların intahana hazırlıq dövründə psixoloji yardım mövzusunu önə çəkir. Valideynlər və imtahana hazırlaşan şagirdlər nə etməlidir?
Mövzuya münasibət bildirən psixoloq-konsultant Zeynəb Əyyubova “Sherg.az”a söyləyib ki, imtahan çox stressli bir vəziyyətdir :

"Valideynlər uşaqların hazırlığına xeyli pul xərcləsələr də, bir dəfə olsun uşağı psixoloqa aparıb,həyəcan pozuntusunu ,özgüvənini və stress anındakı halını yoxlatmır. Hər uşağın immuniteti bu vəziyyəti qəbul edə bilmir. İmtahan ərəfəsində baş, qarın ağrıları, ürək bulantısı baş verir. Lakin valideyn anlamır ki, övladının bu kimi problemləri stress səbəbindəndir. İndiki dövrün əsas problemlərindən biri də diqqət pozuntusudur. Buna görə də imtahanda uşaqlar bildikləri sualları belə yaza bilmirlər. İmtahana hazırlaşan uşaqların valideynləri mütləq onları dioqnastika etdirsinlər. Repititorlara havayı yerə pullarınızı tökməyin. Həyacan pozuntusu varsa, imtahandan uğurla çıxmaq mümkün deyil. Bu mövzuda təbliğat gücləndirilsin. Hətta, bəzi valideynlər uşaqlarına şərt qoyurlar ki, sən imtahandan keçməsən mən özümü öldürəcəm.Nəticədə həmin uşaq özünə qapanır, çox stress keçirdiyinə görə intahandan kəsilir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol