
Rus turistlərin Azərbaycana axını: Qiymət çox sərfəlidir -Şərh
12:44 18.01.2024
Sosial
453
Bu il Rusiya vətəndaşlarının yay tətili üçün Azərbaycanda erkən rezervasiyaları ötən illə müqayisədə 79% çoxdur. Rusiyalı turistlərin yay tətili üçün erkən rezervasiyaları Qazaxıstan, Tailand, İtaliyada və Gürcüstanda 3 dəfə, Belarusda 2 dəfə, Ermənistanda isə 68% artıb. Ümumiyyətlə isə, Rusiya vətəndaşlarının erkən rezervasiyaları 1 il əvvələ nisbətən ölkə daxilində 30%, xarici istiqamətlər üzrə isə 77% artıb. Bundan başqa, Azərbaycan bu il Rusiya vətəndaşlarının yay tətilini planlaşdırdıqları ölkələr arasında 6-cı pillədə qərarlaşıb. Həmçinin rusiyalı turistlərin yay tətilini planlaşdırdıqları ölkələr arasında ilk 10-luğa Belarus, Türkiyə, Gürcüstan, İtaliya, Ermənistan, Fransa, Tailand və Qazaxıstan daxildir.
Maraqlıdır, Rusiyadan gələn turistlər yay tətillərini niyə məhz, Azərbaycanda keçirməyə üstünlük verirlər?
Məsələ ilə bağlı "Sherg.az"a danışan turizm məsələləri üzrə ekspert Əziz Şiriyev bildirib ki, bu qiymətin sərfəli olması ilə əlaqəlidir:

"Yeni il başlamazdan öncə proqnozlaşdırmışdıq ki, Rüsiyalı turistlər daha çox Azərbaycana gəliblər. Ukrayna-Rusiya müharibəsi zamanı Türkiyə ilə əlaqələr də yaxşı deyildi. Həmin turistlər Azərbaycana daha çox axın etdilər. Azərbaycana səyahət dil baxımından da rahat olduğundan, onlar bizim ölkəni seçirlər. Yəni, Azərbaycanda əksəriyyət rus dilini bilir. Rusiyadan gələn turistlər rahatlıqla onlayn sistemlərdən evlər götürürlər. Hazırda Kazan istiqamətində gediş haqqı 200 manatdan yuxarıdır. Bir sözlə, çox münasib qiymətədir. Onlar düşərgələri tanıyırlar. Hətta,gəldikdə Nabranı soruşurlar. MDB ölkələrindən isə Naftalana çox sayda qonaqlar gəlir. Bu da sağlamlıqla bağlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol