Sahibsiz itləri axtalasınlar -TƏKLİF
08:46 06.03.2024
Sosial
558
Getdikcə sayları azalacaq, artım olmayacaq
“Zibilliklər də sahibsiz itlərin məskənidir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, kommunal təsərrüfatı birlikləri belə ərazilərin təmizlənməsini təmin etməlidir”
İtlərin hücumuna məruz qalan 9 yaşlı uşağın vəziyyəti ağır stabil olaraq qalır. Verilən məlumata görə, azyaşlının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində müalicəsi davam etdirilir. 9 yaşlı uşaq bir neçə gün əvvəl “Qobu Park-3” yaşayış kompleksinin yaxınlığında itlərin hücumuna məruz qalıb. Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Azyaşlıda çoxsaylı, müxtəlif ölçülü dişlənmiş, cırılmış, əzilmiş və soyulmuş yaralar müşahidə edilib. Təcili olaraq əməliyyata götürülən azyaşlıya tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.
"Qobu Park-3”-də müvəqqəti məskunlaşmış, şuşalı həmkarımız, yazıçı-publisist Kərim Kərimli baş verən hadisəni dəhşətli faciə adlandırdı:
- Üç sahibsiz it dördüncü sinif şagirdi olan köməksiz, zəif bir uşağı parçalayıb. Uşaq indi ağır vəziyyətdə reanimasiyadadır. Buna görə kim məsuliyyət daşıyır, bu faciəyə görə kim cavab verəcək? Doğrudanmı, bu o qədər böyük və çətin bir problemdir ki, öhdəsindən gəlmək mümkün deyil?!. Allaha çox şükür olsun ki, uşaq sağ qalıb. Ancaq itlər uşağı öldürə də bilərdi. Bunu təsəvvür etmək belə dəhşətdir. Bu cür dəhşətli hadisələr ona görə baş verir ki, öz işinə məsuliyyətsiz yanaşan, insanların həyatı, taleyi ilə oynayan adamlar cəzalandırılmır. Onları nəinki cəzalandırmırlar, hətta başlarını sığallayırlar. Cinayətə bərabər bu cür hadisəyə səbəb olan insanları lənətləyirəm. Mən də “Qobu Park” massivində yaşayıram və tez-tez bu ərazidə, ətrafda sülənən itləri görürəm. Bir neçə dəfə bu mövzuya toxunmuşam da. Ancaq görməli gözləri pul tutub, eşitməli qulaqlara pul tıxanıb, nə görürlər, nə də eşidirlər.
Qeyd edək ki, bu dəhşətli hadisə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Sahibsiz itlərlə mübarizə aparılmaması cəmiyyət tərəfindən kəskin qınanır.
Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə “Sherg.az”a açıqlamasında sahibsiz heyvanlarla mübarizə metodları olduğunu xartırlatdı:
- Sahibsiz heyvanlarla mübarizədə dünya praktikası var. Heç kim istəməz ki, küçə itləri kiməsə xəsarət yetirsin, uşaqları parçalasın, uşaqlar, insanlar quduzluğa yoluxsun. Sahibsiz itlərlə, pişiklərlə mübarizə metodları var. Heyvanlar konkret bir qurum tərəfindən toplanmalı, onlara quduzluğa, digər infeksion xəstəliklərə qarşı peyvənd edilməli və axtalanmalıdır. Küçə itlərinin, pişiklərin qidalanması təmin edilməlidir. Heyvan ac olduqda aqressiv davranır. Sahibsiz itlərlə mübarizəni düzgün anlamırlar. Sahibsiz heyvanları işgəncə ilə tutub öldürmək, məhv etmək olmaz. Onların yaxalanması da müəyyən üsulla həyata keçirilməlidir. Keyləşdirici maddəli iynə ucluqları var, onları uzaq məsafədən atırlar itlərə, qısa vaxtdan sonra itlər yuxuya gedir, bu zaman onları toplayırlar, xüsusi məntəqəyə aparıb, müayinə edirlər, peyvənd vurulur, lazım gəldikdə axtalanırlar. Sonra onları təbiətə buraxmaq olar. Çünki mən anlayıram, sahibsiz bütün itləri, pişikləri sığınacaqlarda saxlayıb bəsləmək çox çətindir. Amma sahibsiz itlər axtalansalar, getdikcə sayları azalacaq, artım olmayacaq. Sahibsiz heyvan problemi də yavaş-yavaş həllini tapacaq.
L.Əlizadə nəzarətsiz qalan sahələrin də problemə yol açdığını dedi:
- Paytaxtda, Bakıətrafı qəsəbələrdə nəzarətsiz ərazilər çoxdur. Zibilliklər də lap çoxdur. Belə yerlər sahibsiz itlərin məskənidir. Yerli icra hakimiyyətləri, bələdiyyələr, kommunal təsərrüfatı birlikləri belə ərazilərin təmizlənməsini, çəpərə alınmasını təmin etməlidir. Belə olarsa, uşaqlar nəzarətsiz ərazilərdə oynamaz, həyatlarına təhlükə yaranmaz. Bu cür problemlərə kompleks yanaşma olmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əkbər Qoşalının yazısı Özbəkistanın rəsmi mətbuatında...
17:44 25.08.2026
Aktual
Yerə tökülən pomidorların sirri açıldı - Nazirlikdən açıqlama
17:07 25.08.2026
Sağlamlıq
"Azərxalça" ilə "Azəripək" birləşdirildi - FƏRMAN
16:53 25.08.2026
Gündəm
İş adamından İmamoğluya sərt sözlər: “Haqqımı halal etmirəm”
16:38 25.08.2026
Gündəm
Xamenei Tehrana xəbərdarlıq edən Xatəmini görüşə çağırdı
16:35 25.08.2026
Region
Oman xarici işlər naziri Tehranda Abbas Əraqçi ilə görüşüb
16:33 25.08.2026
Gündəm
Ermənistan və İran Aİİ-İran azad ticarət imkanlarını müzakirə edib
15:21 25.08.2026
Region
Yaponiya, ABŞ və Avstraliya birgə hərbi təlim keçirəcək
15:11 25.08.2026
Dünya
Ötən il 20 mindən çox uşaqlı ailə boşanıb
15:08 25.08.2026
Cəmiyyət
Sabirabadda toyda dava salan şəxs həbs edildi
15:04 25.08.2026
Hadisə
Polşa Rusiya ilə sərhəddə Koreya tankları yerləşdirir
14:19 25.08.2026
Dünya
Uşağınız adına reaksiya vermirsə, diqqətli olun!
14:18 25.08.2026
Sağlamlıq