
Sənədsiz evlər problemi əsaslı şəkildə həll edilə bilər -AÇIQLAMA
Yusif Nəzərli
01:05 31.10.2024
Sosial
1063
Yanvar ayından prosesə başlanacaq
Dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir
“Cənab Prezidentin “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında 24.08.2024-cü il tarixli Fərmanı sənədsiz evlər probleminin əsaslı şəkildə həlli üçün geniş perspektiv açır. Lakin bəzi qurumlar, məmurlar problemin həllində hüquqi əsas yarandığı halda, təəssüf ki, hələ də ətalətdən çıxa bilmirlər”.
Bu fikirlər Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevə aiddir. “Sherg.az"a açıqlamasında hüquqşünas qeyd etdi ki, cənab Prezidentin imzaladığı Fərman sənədsiz evlər probleminin birbaşa həllinə yönəlib. Sadəcə, bir sıra dövlət orqanları üzərlərinə düşən vəzifəni yerinə yetirməlidir:

- Məlumdur ki, Bakıda, Bakıətrafı qəsəbələrdə yüz minlərlə sənədsiz fərdi evlər var. Vaxtilə bu evlərin tikintisinə yerli icra orqanları icazə verib, qanun pozuntusuna göz yumublar, laqeyd qalıblar, rüşvət hallarının olması da istisna deyil, lakin illərdir bu problem həllini gözləyir. Mümkündür ki, qanunsuz tikililər kənd təsərrüfatı təyinatlı, yaxud kommunikasiya xətlərinin keçdiyi ərazilərdə, yüksək gərginlikli elektrik xətlərinin altında tikilmiş olsun. Bu yaxınlarda altından su kəməri keçən fərdi ev barədə məlumat verilmişdi. Nəyinsə müqabilində yerli orqanlar qanunsuz tikililərə icazə verib, yoxlama aparan da olmayıb ki, fərdi ev harada, hansı ərazidə tikilir, təhlükə varmı, yoxdurmu. Bu, məsələnin bir tərəfidir. Məsələnin ikinci tərəfi sənədsiz evlərdə yaşayan vətəndaşların hüquqlarının tanınmamasıdır. Bu şəxslər faktiki yaşadıqları ünvanda qeydiyyata düşə bilmirlər, mülklərini kiməsə vəsiyyət edə bilmirlər, lazım gəldikdə sənəd ala bilmirlər, mülkiyyət hüquqları pozulur. Amma sənədsiz evlər probleminin həlli üçün hazırda geniş imkan yaranıb. Azərbaycan Respublikası Prezidentinin imzaladığı məlum Fərman torpaq sahələrinin təyinatının dəyişdirilməsini ehtiva edir. Bundan əvvəl də cənab Prezident tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb. 2011-ci ilin mart ayında cənab Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verdi və onun icrası istiqamətində müəyyən işlər də görüldü. Sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırıldı, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq Fərmanlara əsasən 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirildi. Daha sonra Prezidentin imzaladığı Fərmanlara əsasən əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edildi. Sənədsiz evlərin qeydiyyata alınmasıyla bağlı bir sıra sərəncamların olmasına, qanunvericiliyə müxtəlif dəyişikliklər edilməsinə baxmayaraq, proses hələ də uzanır. Problem həllini tapmadıqca sənədsiz evlərin sayı azalmır, əksinə, artır. Boş torpaq sahələrində hər keçən gün yeni bir tikilinin təməli qoyulur, insanlar fərdi evlər tikir, köçüb yaşayırlar. Maraqlı budur ki, hər yeni tikili kommunikasiya xətlərinə də qoşulur, sakinlər elektirk enerjisinə, qaza, suya görə aylıq ödənişlər edirlər. Yəni bu evlərlə bağlı legitimləşdirmə baş verib. Amma sənədləşmə illərdir ki, yubanır. Hesab edirəm ki, “Torpağın kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında Qaydalar”ın təsdiq edilməsi haqqında Fərman sənədsiz evlər problemini əsaslı şəkildə həll edə bilər.
Ə.Nuriyev qeyd etdi ki, sadəcə bunun üçün dövlət orqanlarının hərəkətə keçməsi lazımdır:
- Sənədsiz evlərlə bağlı ciddi monitorinq aparılmalıdır. Hansı fərdi evlər dövlət ehtiyaclı torpaqlar üzərində, kənd təsərrüfatı təyinatlı torpaqlarda, kommunikasiya xətlərinin, magistral yol şəbəkələri üzərində tikilməyibsə, yaşayış üçün uyğun torpaq kateqoriyasına keçirilməli və bu evlər sənədləşməlidir. Əks göstəriciləri olan fərdi evlərlə bağlı isə fərqli qərar verilməlidir. Bu fərmanla təyinatı düzgün olan torpaq sahələrində tikilmiş evlərin sənədləşdirilməsi üçün heç bir problem qalmır. İcra hakimiyyətləri monitorinq aparıb sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinə göndərməlidir, orada da baxılıb müvafiq qərar verilməlidir. Sənədləşmə mümkün deyilsə, səbəbi izah edilməlidir. Səbəb yoxdursa, evlər sənədləşdirilməlidir. Ümid edək ki, növbəti ilin yanvar ayından prosesə başlanacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İki yol ayrıcında qalan Paşinyanın vəziyyəti ağırdır - POLİTOLOQ
18:41 25.05.2026
Gündəm
İlham Əliyev Pakistan baş nazirinə də başsağlığı verdi
18:41 25.05.2026
Gündəm
Prezident İlham Əliyev Si Cinpinə başsağlığı verib
18:33 25.05.2026
Gündəm
Sabah Bakıya yağış yağacaq
18:11 25.05.2026
Ekologiya
Azərbaycan baytarlıq preparatları istehsal edəcək
17:52 25.05.2026
Aktual
Rus ordusu Dobropasovonu işğal etdi
17:42 25.05.2026
Dünya
Köçəryan Azərbaycanla bağlı “vəd” verdi
17:25 25.05.2026
Gündəm
Putin Azərbaycan Prezidentini təbrik edib
17:02 25.05.2026
Gündəm
İran nümayəndə heyəti Qətərdə səfərdədir
16:53 25.05.2026
Gündəm
Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib
16:51 25.05.2026
Media
Prezident: Mayda Bakıda belə yağışın yağmasını xatırlamıram
16:38 25.05.2026
Gündəm
85 min insan Qarabağa qayıtdı - RƏY
16:31 25.05.2026
Aktual
Gecə boyunca fasiləsiz yatmaq hər zaman “normal” olmayıb
16:18 25.05.2026
Sağlamlıq
Prezidentin sədrliyi ilə müşavirə keçirilib - YENİLƏNİB
16:09 25.05.2026
Gündəm
134 ünvanda heyvan kəsimi və satışı məntəqəsi yaradıldı
15:56 25.05.2026
Sosial