Könül Kərimova qızına mənzil hədiyyə etdi 

Əməkdar artist Könül Kərimova qızı Ləmana ev hədiyyə edib.

Oxu.Az xəbər verir ki, Kərimova bahalı hədiyyəsi ilə bağlı şəxsi “Instaqram” hesabında video paylaşıb.

Sözügedən videoda Kərimovanın nəvəsi üçün bağ evində təşkil etdiyi yığıncaqdan görüntülər əksini tapıb. Könül Kərimova öz adından Ləmana evin açarını bağışlayıb. Ləmanın isə həmin an sevincinin həddi-hüdüdu olmayıb.

Qeyd edək ki, əməkdar artist 2 il öncə noyabr ayında qızını ərə verib. Ləman paytaxtın dəbdəbəli restoranların birində Orxan adlı bəylə ailə həyatı qurub. Cütlüyün bu nigahdan iyulun 8-də qız övladları dünyaya gəlib.