Oqtay Əliyev Kərimi məhkəməyə verdi: Qardaşına “erməni” dediyi üçün

“SOY production”un rəhbəri Oqtay Əliyev müğənni Kərim Abasovu məhkəməyə verib. Oxu.Az xəbər verir ki, bu barədə Kərim şəxsi “Instagram” hesabında paylaşım edərək, məlumat verib.

Sənətçi Oqtayın bu cür addım atmasına onun Elçin Əlibəyliyə qarşı işlətdiyi “erməni” ifadəsinin səbəb olduğunu bildirib:

“Bu gün ilk məhkəmə prosesi oldu. Hakim işi icraya almadı və rədd etdi. Qəribəsi budur ki, onlara alman, ingilis və ya “çinqaçunq” desəydim, məni məhkəməyə verəcəkdilər. Mənə kimsə “erməni” desə, vecimə olmaz. Ona görə ki, ermənilərlə heç bir qohumluğum və münasibətim yoxdur.

Soğan yeməmişəmsə, içim niyə göynəməlidir ki? Oqtay müəllim, yazdığım SMS-də də demişəm, sizə hörmətim olub və olacaq. Gözəl insansınız, Dilarə xanımı da doğmam kimi çox istəyirəm. Amma gərək belə etməzdiniz – sazan ayrı, fazan ayrı. Qardaşınızla aranızda yerlə-göy qədər fərq var. Onu özünüzə tay etməyin”.

Qeyd edək ki, bir müddət öncə Kərim Abbasov “Instagram” səhifəsində Oqtay Əliyevin qardaşı teleaparıcı Elçin Əlibəylinin onunla cinsi əlaqədə olmaq istədiyini yazaraq, onun ünvanına nalayiq ifadələr işlətmişdi.