Murat Boz Aslı Enverlə barışdı

Türkiyənin tanınmış müğənnisi Murat Boz və aktrisa Aslı Enver üçüncü dəfə barışıb.

Oxu.Az xəbər verir ki, cütlüyün iki aydan sonra münasibətlərinə növbəti dəfə şans vermək qərarına gəldikləri bildirilir. Hətta ikilinin birlikdə “Fenerbahçe” – “Beşiktaş” oyununu izlədiyi iddia olunur. Matçı birlikdə izləməyi Murat Boz təklif edib. Oyundan sonra cütlük sevgili olmağa qərar verib.

Dünən gecə dostları ilə restoranların birindən çıxan Murat Boz barışma xəbərlərini yalanlamayıb. Şəxsi həyatı ilə bağlı danışmayacağını bildirib.

Murat Boz və Aslı Enverin “Instagram”da bir-birlərini izləməsi barışıq iddilarını təsdiq edir. Amma cütlük barışmalarını gizlədir. 

Xatırladaq ki, Aslı Enver Murat Bozun qısqanclığı üzündən ondan ayrılmışdı.

Qeyd edək ki, 2015-ci ildən birlikdə olan Muratla Aslı tez-tez küsüb-barışan cütlüklərdəndir.