Azərbaycanlı müğənni ağır qəzaya düşdü? - FOTO

“Yeni ulduz” mahnı yarışmasının qalibi, müğənni Vüqar Muradovun “Instagram”da tanınmaz halda fotosu yayılıb. 

Oxu.Az xəbər verir ki, ifaçının avtomobil qəzası nəticəsində ağır xəsarət aldığı yayılan şəkildən aydın sezilib.

Üz nahiyəsinin tamamilə bintə sarılaraq, qanlı olması görənləri sarsıdıb.

Vüqar hazırda şəhər xəstəxanalarının birində ciddi həkim nəzarətindədir. Onun vəziyyətinin  ağır və qana ehtiyacı olduğu bildirilib.

Vüqar Muradovun şəklini “Instagram”da “show_clab” səhifəsi yayımlayıb.

Vüqar Muradov isə BAKU.WS-ə açıqlamasında bildirib ki, heç bir qəzaya düşməyib və hazırda Qax rayonundadır.

Müğənnin sözlərinə görə, atasının adı Qüdrətdir. Onun oxşarı olan şəxs Vüqar Fərhad oğlu Muradovdur. 

Müğənni haqqında yayılan bütün məlumatları təkzib edir.