Pandemiya dönəmində sosial şəbəkələrnin aktiv istifadəçisi olan türkiyəli aktrisa Fahriye Evcen mütəmadi olaraq oğlu ilə çəkdirdiyi fotoları paylaşır.
"Sherg.az" xəbər verir ki, 34 yaşlı aktrisa bu dəfə Karan'ın rəsim çəkərkən əyləndiyi məqamları İnstaqram səhifəsində yayıb. Evcenin, "Kiçik rəssamım iş başında"sözləri yazılan paylaşımına 978 mindən çox bəyəni və rəy gəlib.
Qeyd edək ki, dörd il əvvəl aktyor Burak Özçivit ilə nikah masasına əyləşən Fahriyə Evcen, 2019-cu ildə oğlu Karan'ı qucağına alıb.