Nadirdən xanımına:"Dünyaya bir də gəlsəm..."

Müğənni Nadir Qafarzadə 8 Mart Beynəlxalq qadınlar günü münasibətilə həyat yoldaşını sosial şəbəkə hesabında təbrik edib. 
"Sherg.az" xəbər verir ki, sənətçi xanımı ilə birgə fotosunu İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:
"Həyatımın ilk və son qadını, bayramın mübarək. Sən ürəksən, kiməsə bənzəmirsən. Allah səni mənim üçün yaradıb. Dünyaya bir də gəlsəm, yenə də ömür-gün yoldaşı kimi səni seçərdim. Səninlə xoşbəxtəm. Həyatın bütün çətinliklərinə birgə qalib gəldik. Məni ata edən qadın, sən həyatın özüsən!"