Ecenin sevgilisinin arvadı ondan 110 min tələb edir

Bir müddət əvvəl aparıcı Ece Erken, Benan Mahmutyazıcıoğlu ilə evli olan vəkil Şafak Mahmutyazıcıoğlu ilə gizli eşq yaşamağa başladı. Daha sonra sevgilisi arvadından ayrılmadı deyə, Erken Benanın avtomobilinə hücum etdi. Onun bu hərəkəti maqazin gündəmində günlərlə və aylarla müzakirə edildi.

Axşam.az Türkiyə KİV-nə istinadən bildirir ki, hazırda isə Benan avtomobili cızılıb yararsız hala saldınığı üçün Erkenə maddi və mənəvi təzminat davası açıb.

O, Ecedən maddi olaraq 10 min(2319 manat), mənəvi olaraq isə 100 min lirə(23 min 190 manat) tələb edir.

Bundan başqa Mahmutyazıcıoğlu, Erkendən məhkəmə yolu ilə alacağı pulu, zorakılığa məruz qalan qadınlar üçün fəaliyyət göstərən xeyriyyə fonduna bağışlayacağını bildirib.