Elnarə çətin günlərindən danışdı: “Həyat yoldaşım deyir ki..."    

Müğənni Elnarə Xəlilova  “Söz baz” verilişində həyatı ilə bağlı açıqlamalar verib.
“Sherg.az”ın məlumatına görə o yoxluq çəkdiyi günlərin olduğunu söyləyib:

“Əhvalımı pozmamışam. Nə tapmışamsa, bişirmişəm. Hardasa 10-15 gün idarə etmişəm, qəfildən ruzi gəlib. Allah səbr edənləri sevir. Həyat yoldaşım  həmişə deyir ki, sənin yerində kim olsa, deyinərdi: 

"Sən isə səsini də çıxarmırsan". Qayıtdım  ki, tələb etsəm, nə olacaq? Gedib, oğurluq edəcəksən? Yoxa lənət. Bu gün yoxdur, sabah var. Bizim ailəmizi dostluğumuz saxladı”.