"Çox qəribə bir zamanda yaşayırıq. Çoxu xeyirxahlığı (əgər belə demək olarsa) yalnız göstəriş üçün edir".
"Sherg.az" xəbər verir ki bu sözləri Feysbuk profilində müğənni Nura Suri yazıb. O statusa bunları da əlavə edib:
"Üzə tərif, arxada qeybət edirlər. Söz verib etməmək dəb halını alıb. Artıq bəh-bəhlə, təmtəraqla toy edib, 1 il sonra boşanmaq da normal hal alıb.
Sevgi, vicdan, insaf, mərdlik dəbdən düşüb. Düşük, yalançı, yaltaq insanların vaxtıdır indi.
Qadınların çoxu bir çox kişidən daha qeyrətli və mərddir".