Xəstəxana otağından paylaşım: Batuhan Karacakaya əməliyyat olunub

Bir çağa damğasını vuran “Aşk-ı Memnu” serialında canlandırdığı “Bülent” obrazı ilə yaddaşlarda qalan və “Survivor 2024” yarışmasının heyətində  yer alan  Batuhan Karacakaya xəstəxana otağından yaydığı paylaşımla əməliyyat olduğunu xəbərləyib.
Karacakaya, "Bələyim ağrıyır demişdim. Görən hər həkim təcili əməliyyat olunmalı olduğumu söylədi. Biləyimdə bir sümük parçası qopub. Bu, həddindən artıq ağrıya səbəb olurdu" deyib.

Məşhur sima sözlərini "Ancaq Adada tutduğum xəstəlik və kortizon müalicəsi aldığım üçün əməliyyatım təxirə salındı. İndi əməliyyat olundum. İndi hər şey qaydasındadır" deyərək tamamlayıb.