Namiq Qaraçuxurlu koronavirusa yoluxdu

Meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.
Bu barədə o, özünün “Instagram” hesabında məlumat yayıb:
“Əzizlərim narahat olmasın deyə koronavirusa yoluxmağımı gizli saxlamaq istədim. Təəssüf ki, kiminsə ağzının boş olması buna imkan vermədi. Bu həyəcanı sevənlərimə verdiyim üçün üzr istəyirəm. Bildirmək istəyirəm ki, xəstəliyi çox yüngül keçirirəm, saytların bildirdiyi kimi xəstəxanada deyiləm və tezliklə sağalıb, Vətənə geri dönəcəyəm”.