Müğənni iddialı danışdı: “Heç kim Hiss ola bilməz”

Müğənni Röya Məmmədzadə (Hiss) aparıcı-ifaçı Murad Arifin “Youtube” kanalında yayımlanan “Popumuz var”  verilişinin qonağı olub.
“Sherg.az”ın məlumatına görə Hiss “yenilikçi olub neynəmisən?” sualını belə cavablayıb:
“Təzə “sound”, bir az da rahatlıq gətirmişəm. Dikdaban ayaqqabbı geyinirlər, saç yığırlar və s. bunlara ehtiyac yoxdur. Dedim ki, səliqəli olun bəsdir.
Hamı nəsə geyinəndə yaxud oxuyanda hər kəs şəxsi individuallığını qatır. Heç kim Hiss, Röya, Nata ola bilməz. Hamı özüdür”.