Roza yeni təyinatından DANIŞDI:““Kanal S” bir nömrəli kanal olacaq” 

Ötən gün yeni fəaliyyətə başlayacaq “Kanal S”də müğənni Roza Zərgərliyə yeni vəzifə verildiyi barədə məlumat yayılıb.
Belə ki, ifaçı telekanalın baş prodüsseri vəzifəsini icra edəcək.
“Sherg.az”ın məlumatına görə, sənətçi artıq yayıma başlayan televiziya kanalı haqqında “İnstagram” səhifəsində paylaşım edib:
“Bugündən etibarən “Kanal S” həm peyk, həm də kabel televiziyalarında yayıma başlayır. 2008-ci ildə yaranmasına baxmayaraq, “Kanal S” gənclik həyatını yaşayıb. 2010-2011-ci illərdən kanalla tanınmış sima kimi əməkdaşlıq etmişəm. Həddi-büluğ dövrünə start veririk.  Mənə bu etimadı göstərən Rəşad  Məmmədova xüsusi təşəkkürümü bildirirəm. Etimadınızı doğruldacam. İnşallah, yaxın dövrdə “Kanal S”  regionda və paytaxtda bir nömrəli kanal olacağına dair söz verirəm. Əməkdaşlarımızla əl-ələ verərək missiyanı yerinə yetirəcəyik. “Kanal S” heyətini də təbrik edirəm!”.