Röya geyiminin qiyməti ilə dodaq uçuqlatdı - FOTO


Xalq artisti Röya Ayxan geyimi ilə gündəmə gəlib.

Oxu.Az xəbər verir ki, sənətçi qatıldığı verilişlərdən birinə geyindiyi çəhrayı rəngli xüsusi libası ilə xeyli müzakirələrə səbəb olub.

Buna səbəb Xalq artistinin bahalı blazeri və ətəyi olub.

Sosial şəbəkələrdə onun hər iki geyiminin “Aleks Perri” markasına aid olduğu qeyd olunub. Röyanın blazerinin qiyməti 2 411 dollar (4 098 AZN), ətəyinin qiyməti isə 797 dollardır (1 354 AZN).

İfaçının geyimlərinin qiyməti ümumilikdə 5 452 AZN təşkil edib. 

Qeyd edək ki, Röya Ayxan proqram zamanı ilk dəfədir efirdə çəhrayı libas geyindiyini açıqlayıb.