Hissdən Nahidə ilə bağlı qısqanc açıqlama:“O Azərbaycanın parlayan ulduzu deyil” 

Müğənni Hiss “Altın Kelebek”mükafatı ətrafında diqqət çəkən açıqlama verib.
“Sherg.az”ın məlumatına görə, “Şourum” verilişinə danışan Hiss ləqəbli Röya Məmmədova həmkarı Nahidə Babaşlının qalibiyyəti ilə barışmayıb:
“O Azərbaycanın parlayan ulduzu deyil. Mahnıları türk dilindədir, Türkiyənin parlayan ulduzu ola bilər. Orda çox yaxşı dinləyiciləri, baxışı var. Həmin yarışda Azərbaycanın parlayan ulduzu Ayaz Babayev idi”.
Qeyd edək ki,2021-ci ildə Türkiyənin nüfuzlu “Altın Kelebek” müsabiqəsində “Azərbaycanın gənc ulduzu” kateqoriyası üzrə qalib Nahidə Babaşlı olub.