Demet Özdemir duyğulu anlar yaşayıb

Müğənni Oğuzhan Koçla evliliyə hazırlaşan aktrisa Demet Özdemir xına gecəsində göz yaşlarını saxlaya bilməyib.

Oğuzhan Koçla nikah masasına oturmağa hazırlaşan aktrisa yaxın dostları ilə xına gecəsi edib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, xına gecəsinin ilk kadrlarını sosial media hesabında paylaşan Özdemir duyğulu anlar yaşayıb.

Aktrisanın yaxın dostları ilə bir araya gələrək ağladığı anlar sosial şəbəkədə gündəm olub.

Özdemirin xınasından əvvəl subay gecəsi təşkil edən Koç dostları ilə görüşüb. Gecəyə qatılanlar arasında Qoçun yaxın dostları İbrahim Büyükak və Eser Yenenler də olub.

Partiyanın ən böyük sürprizi isə şübhəsiz ki, Demet Özdemir olub. Aktrisa üzünə duvağ örtərək dostları ilə əylənib.