Rejissoru öldürən aktyorun istintaqı başa çatdı

Amerikalı aktyor Alek Bolduinin film çəkilişi zamanı baş verən qətl hadisəsinin araşdırmaları başa çatdırıb.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, “Rust” filminin çəkiliş meydançasında təsadüfən qadın rejissor Qalina Hatçinsi güllələyərək ölürən aktyorun işi artıq prokurorluğa verilib.

Rayon prokuroru və onun komandası ittiham irəli sürmək üçün sübutları hərtərəfli araşdırmağa başlayacaq.

Qeyd edək ki, 2021-ci il oktyabrın 21-də filmin prodüseri və baş rol ifaçısı Bolduin iki nəfəri - operator Qalina Hatçins və rejissor Coel Souzanı yaralayıb. 42 yaşlı Qalina aldığı xəsarətlərdən dünyasını dəyişib. 48 yaşlı direktor körpücük sümüyündən yaralanıb və bir müddət xəstəxanada yatıb və sağalıb.

Araşdırmalar zamanı polis baş verənlərə görə yalnız Alekin məsuliyyət daşıdığını və güllənin təsadüfi olmadığını iddia etmişdi.