Hamının sevərək dinlədiyi türk mahnısı oğurluq imiş

Azərbaycanda da sevilərək dinlənilən məşhur "Her şeyi yak" mahnısının oğurluq olduğu üzə çıxıb.

Milli.Az Türkiyə mətbuatına istinadla bildirir ki, Sezen Aksunun ifasında milyonlarla dəfə dinlənilən "Her şeyi yak" mahnısının musiqisi yunanların "mia pista apo fosforo" ifasından götürülüb.

Qeyd edək ki, sözügedən ifanı Sezen Aksudan sonra Duman və başqa tanınmışlar da oxuyub.