Şakira Pikenin anasından bu yolla intiqam aldı - Foto


Kolumbiyalı müğənni Şakira furbolçu Jerar Pikedən ayrıldıqdan sonra intiqam marafonunu davam etdirir.

Axşam.az xəbər verir ki, bir neçə gün əvvəl təqdim etdiyi mahnıda keçmiş sevgilisinə söz atan ifaçı bu dəfə onun anasına sataşdı. Müğənninin qonşuları onun İspaniyadakı evinin eyvanında böyük cadugər gəlinciyini görüblər.

Məlum olub ki, Şakiranın keçmiş qayınanasının pəncərələri onun eyvanına baxır. Bu isə o deməkdir ki, qadın hər səhər saçları ağarmış, qara papaqlı cadugər fiqurasına baxır. 

Qonşuları bildirib ki, Şakira pəncərələri açıq qoyaraq, yeni mahnısını yüksək səslə səsləndirir. beləcə, qayınanası mahnını dinləmək məcburiyyətində qalır.