Türkan borc içində:“... o kreditləri necə verirəm”

Müğənni Türkan Vəlizadə şəxsi həyatı ilə bağlı açıqlama verib. 
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Zaurla Günaydın” proqramında qonaq olarkən danışıb. 
Türkan bildirib ki, maddi durumuna görə evlənmək istəyənlər ona yaxınlaşmasın:
“Məni pula görə istəyən varsa, bu tərəfə baxmasın.
 Özüm işləyib, özüm qazanıb, özümə baxmağı bacarıram. Nə olar ki, gəlib, mən yetimə də baxsın. Gündəlik qazancdır, ailəmi dolandırıram. 
Olanda olur, olmayanda yox. Allah şahidimdir ki, o kreditləri necə verirəm. Allaha min şükür olsun. Mən ağlaya bilmirəm”.