“Qədir Qızılasəsin bölgəsindən çox müğənni var. Çoxu da paxıldır. Cənub bölgəsindən çox müğənni, xanəndə var”.
“Sherg.az” xəbər verir ki, bu sözləri “Həmin Zaur” proqramında müğənni Ülviyyə Namazova deyib.
O bildirib ki, ad çəkmək istəməsə də, o zonadan olan ifaçıların əksəriyyəti paxıldır:
“Deyirəm, Qədir müəllim kimi ürəyi olan yoxdur. Əksəriyyəti paxıldır. Kişili-qadınlı fərq etmir. Oradan Cabir Mirzəyev, Əflatun Qubadov, Yusif Mustafayev var. Çoxu paxıldır, amma ad çəkmək istəmirəm. Ayıbdır. Əsas qadına paxıllıq edirlər”.