Rəqsanədən Təranəyə tərs şillə! - “Mən “yıxılanda” başqa hərəkət etməmişəm”

“Təranə həbs olunduqdan sonra uşaqları Kəmalə Ağazadənin sığınacağına yerləşdirdim. Dedim ki, heç olmasa həftədə bir dəfə uşaqları görüm. Bir həftədən sonra evimə gəldilər, onun üçün də ərizə yazmışdım. Böyük qızı getmək istəmədi, dedi, xahiş edirəm sizdə qalım. Mən anayam, övladlarım var. Pis oldum, uşaqları vermədim”.
“Sherg.az” xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova “Həmin Zaur” verilişində həbsdə olan prdüser Təranə Səmədovanın övladları haqqında deyib. 
O bildirib ki, hazırda Təranənin uşaqları onun yanında qalır:
“Dövlət qurumlarına da məlumat verdim ki, qız getmək istəmir, ağlayır. Onu necə məcbur edə bilərəm? 14 yaşı var, danışığını bilir, maşallah savadlı uşaqdır. Nazirlikdən, Xətai rayon İcra Hakimiyyətindən nümayəndələr və Kəmalə Xanımın özü gəldi. 

Uşaq özü yazdı ki, xahiş edirəm balaca bacımla burada qalaq. Uşağa da Suel baxıb. O körpə onu özünə ana bilir, elə bağlanıb. Bizim illərdir aramızda nələr baş verib. Onunla danışmamağıma baxmayaraq  onun övladlarını sinəmə çəkmişəm. 

Rusiyadan dayələr gətirmişəm ki, buradadılar. O uşaqlara da eynilə mənim övladlarım kimi baxırlar. Hələlik mənimlə qalırlar. Mən öz başıma uşaqları gətirməmişəm. Gördüm ki, uşaqlar ortada qalıblar, həyat yoldaşımdan xahiş etdim uşaqları sinəmə çəkdim. Onların maddi və mənəvi hər öhdəlikləri mənim üstümdədir. 

Uşaq məktəbə öz istəyi ilə dedi ki, bir müddət getmək istəmirəm, mənə vaxt verin. Allah bütün xanımlarımıza dayaq olsun. Heç bir qadını sınağa çəkməsin. Mən həyatda çox yıxılmışam, qalxmağı bacarmışam. Yıxıldıqca başqa hərəkətlər etməmişəm.

 Təranə mənim yanımda olsaydı, yıxılmazdı. Həyatdır, bu da bir sınaqdır. 
Allah onu hər zaman balalarının üstündə etsin. Harada olmağından asılı olmayaraq. Siz hamınız savadlı insanlarsınız, bilirsiniz ki, kiminsə uşağını zorla evimə gətirə bilmərəm.

 Uşaqlar icazəsiz mənim yanımda qalmırlar. Artıq 3 aydır, kim onu yoxlamaq istədi, dedim getmə. Ya da o uşaqlara kimsə bir kilo nəsə alıb, gətirdi, dedim, gətirmə?! Onların evləri var. Onu təmir etdirməyə başlayarıq. Üç il sonra qızınının 18 yaşı olacaq. Özü də idmançıdır, savadlı qızdır. Düşmənim belə olsa, ona yaxşılıq edərəm. Nə edirəmsə, sabahım üçün edirəm”.