Fədayənin meyxanaçı ilə fotosu MÜZAKİRƏYƏ SƏBƏB OLDU- FOTO

Müğənni Fədayə Laçın növbəti dəfə mərhum meyxanaçı Aydın Xırdalanlını yad edib.
“Sherg.az” xəbər verir ki, Fədayə oğlunun və söz ustasının yer aldığı fotonu “Canım Aydın. Bu fotonu oğlum Əhləmin ad günündə çəkdirmişdik. 23.03.2019” şərhi ilə paylaşıb.
Fədayə izləyicilərdən birinin Aydının 2019-da bu qədər kök olmadığı ilə bağlı yazdığı deyə “23.03.2019 Aydını itirdiyimiz gündür. Bu foto çoxdan çəkilib. Mən, Aydın və oğlum. Görmürsüz, mənim də cavan vaxtlarımdı. Oğlumun ad gününə gəlmişdi. Heyif, o günlərdən”, - deyə, cavab verib.