Mir Cəlalla müğənni Səidə arasındakı problem:“...Zəng etmişdi”



Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mir Cəlalla müğənni Səidə Sultan arasındakı problem həll olunub. 
Bu barədə Mir Cəlal “Sherg.az”a açıqlama verib. O bildirib ki, Səidə onunla əlaqə saxlayıb:
“Özü zəng etmişdi. Məsələni həll etdik. Ödəniş söhbəti olmadı, mən məsələni uzatmadım. Məhkəmə mənlik deyil”. 
Qeyd edək ki, Mir Cəlal bir müddət öncə video yayaraq Səidənin atasının məşhur “Ahu zar içində” mahnısını oxumağına etiraz etmişdi. O bildirmişdi ki, onunla əlaqə saxlanılmayıb, mahnıya uyğun ifa edilməyib. Bundan əlavə qeyd etmişdi ki, yutubdan silinməsə, dərhal hüquqi işlərə başlayacaq.