Tərəf müqabili oldular

Türkiyəli aktrisa Hande Erçellə Mərt Ramazan Dəmir eyni layihədə rol alacaqlar.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük romantik komediya janrında olan filmdə çəkiləcək.

Ekran işinin çəkilişlərinə avqustda start veriləcək.

Qeyd edək ki, Mərt Ramazan hazırda "Yalı çapkını" serialında rol alır.