Məsut Özildən Amine Gülşeyə: Səni bütün qəlbimlə sevirəm

Məsut Özil iki övladı ilə birlikdə  həyat yoldaşı Amine Gülşenin yeni yaşını sosial şəbəkədəki paylaşımı ilə qeyd edib.

Sherg.az xəbər verir ki, Mesut Özil və Amine Gülşe 2019-cu ildə ailə qurub, bu evlilikdən qızları Eda və Ela dünyaya gəlib. Xoşbəxt ailə quran cütlükdən sosial şəbəkədə yeni paylaşım gəlib. Özil Gülşənin 30 yaşını aprelin 30-da İnstaqram səhifəsində qeyd edib.

Özil həyat yoldaşı ilə çəkdirdiyi fotoları sosial media hesabında paylaşaraq, "Hər şeyim, ad günün mübarək. Allah ürəyinə görə hər şeyi nəsib etsin. Sağlamlıq və əmin-amanlıq hər şeydən önəmlidir... Çox sevindim. Buradayam, səni bütün qəlbimlə sevirəm"sözlərini yazıb. 

Amine Gülşe İnstaqram hesabında ürək emojisi ilə birlikdə "Ad günümü təbrik edən hər kəsə çox sağol" mesajını da paylaşıb.

Bundan əlavə, Gülşə "Evlilik çox müqəddəs bir şeydir" ifadələrini işlətərək, "Mən Məsutu çox sevirəm. Qısqanmıram, ona çox güvənirəm. O, məni heç vaxt aldatmaz" ifadələrinə də yer verib.

Turan