Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu jurnalistlərlə bağlı təhqiramiz status yazıb.
“Sherg.az” xəbər verir ki, musiqiçi Xalq artisti Aftandil İsrafilovun dəfn mərasiminin işıqlandırılmasına sərt reaksiya verib:
“Aftandil İsrafilovun yaradıcılığından bu günə qədər bir kəlmə belə yazmayan jurnalistlər tökülüb qəbir çəkməyə gəlmişdilər. Mən öləndə gəlsəniz, dirilib hamınızı söyəcəyəm”.