Müğənni oxu hədəfə vurdu!- “Evli ola-ola hoqqadan çıxanlar...”

Müğənni Ülviyyə Namazova qalmaqallı “Evli bir insan sevirəm” mahnısı haqda paylaşım edib. “Sherg.az” xəbər verir ki, bununla bağlı o, İnstaqramda video paylaşıb. “Bəziləri bu mahnını sevmir, deyirlər, ailə dağıdan mahnıdır. 
Daha xəbərləri yoxdur ki, bəziləri evli ola-ola namusdan dəm vururlar, uşaqları gözü yaşlı qoyurlar. Bunu subay bir etsə, adamı yandırmaz. Evli ola-ola min hoqqadan çıxanlar edir. Bu bir mahnıdı və sevilir, dinlənilir”, - deyə, Namazova bildirib.