Vəkildən Şəbnəm Tovuzluya:"Evlərini, ailələrini atıb..."

Vəkil Şəfiqə Nağıyeva bəzi müğənniləri tənqid edib.
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Ümid ilə gəl” verilişində danışıb.
Hüquqşünas söyləyib ki, bəzi ifaçılar efirdə öz mal-mülklərindən danışırlar:
“Tək Şəbnəm Tovuzlu yox. Başqa müğənnilər çıxıb deyirlər ki, 300-400 minlik maşınım var, neçə dənə evim var. Axı televiziya arxasında baxan ailələr, çətin vəziyyətdə yaşayanlar, yaxud da müğənniliyə yeni başlayan insanlar da var. Onlar da fikirləşirlər ki, bunların bu qədər mülki  var, bizim niyə olmasın? Bir də görürsən ki, evlərini, ailələrini atıb Bakıya gəlirlər. Bunun əziyyətini uşaqlar çəkir. Həmin müğənnilər olmaz ki, nələr olduğunu deməsinlər”.