Elza hiddətləndi:“O insanları Allaha tapşırıram"

Əməkdar artist Elza Seyidcahan şeirini tənqid edənlərdən danışıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o, “Səhər mərkəzi” verilişində açıqlama verib:
“O insanları Allaha  tapşırıram. Şeir yazma deyəndə elə bil söyləyirsən ki, övladını at. Məsələn, biz əlil övladını atan valideynlərə pis baxırıq. Valideynlər var ki, onları böyüdüb, saxlayırlar. Biz də alqışlayırıq. Yaradıcılıq elə bir şeydir ki, demək olmaz, bunu etmə sənə yaraşmır”.