Rəqsanənin qızı boşanmalarının real səbəbini AÇIQLADI   

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova Eşqin Cəlilovla boşanması ilə bağlı açıqlama yayıb.
“Sherg.az” xəbər verir ki, bu barədə o, instaqramda məlumat paylaşıb.
Aysun bildirib ki, həyat yoldaşı ilə qarşılıqlı boşanma qərarı veriblər:
“Eşqin Cəlilov ilə ailə münasibətimiz alınmadığından qarşılıqlı razılığımız əsasında nikahımıza xitam verdik. Hər ikimizə həyatımızda uğur arzu edirəm”.
Qeyd edək ki, cütlük ötən ilin avqustunda ailə qurmuşdu.